Quru Dəriyə Qulluq Necə Olmalıdır?

Hər cildin nəmə ehtiyacı var. Amma quru dəri, quruluşuna görə daha həssasdır və zədələnməyə meyillidir. Nəmsizlikdən qaynaqlanan qabıqlanma, gərginlik, incə xəttlər və qızartı kimi problemlərə quru dərilərdə daha tez-tez rast gəlinir. Əgər quru bir dəri quruluşuna sahibsinizsə, nəmləndirmə təsiri yüksək olan məhsullardan istifadə edərək dərinizin nəm və yağ balansını qoruyub daha sağlam bir dəriyə sahib ola bilərsiniz. Bu yazımızda quruyan, qabıq-qabıq tökülən və nəmə daha çox ehtiyac duyan quru və həssas dərilərə necə qulluq etməli olduğunuzu sizin üçün izah etdik. The Body Shop-un dəri quruluğuna qarşı unikal həllər təqdim edən kolleksiya məhsulları ilə dərhal tanış olaraq tam bir dəriyə qulluq rutini tətbiq edə bilərsiniz. Siz də Oils of Life və Aloe seriyalarından ibarət olan effektiv quru dəri baxımı dəstləri ilə istədiyiniz canlı görünüşü asanlıqla əldə edə bilərsiniz.

Quru Dəriyə Qulluq Necə Olmalıdır?

QURU DƏRİ ÜÇÜN GÜNLÜK DƏRİYƏ QULLUQ RUTİNİ ADDIMLARI NƏLƏRDİR?

Dərinizi yağ, kir və makiyaj qalıqlarından təmizləmək məsamələrinizin açılmasını və nəfəs almasını təmin edir. Quru dəri üçün xüsusi olaraq istehsal edilən təmizləmə losyonu və köpüklərlə dərinizi təmizləyə bilər və ardından quru dərilər üçün uyğun bir tonik tətbiq edə bilərsiniz. İkinci mərhələdə isə dərinizi intensiv nəmləndirici təsir göstərən serum, yağ və nəmləndiricilərlə bəsləyərək daha canlı bir dəri görünüşünə qovuşa bilərsiniz. Quru dərinizi səhər və axşam olmaqla gündə ən az iki dəfə nəmləndirməlisiniz. Həmçinin, yuxudan əvvəl əlavə nəmləndirmə dəstəyi təmin edən gecə kremi və serum məhsullarına üstünlük verərək dərinizin gecə boyunca nəmlənməsini və elastikliyini qorumasını təmin edə bilərsiniz. Budur, addım-addım quru dəri üçün günlük qulluq tövsiyələri və seçə biləcəyiniz məhsullara nəzər salın.

1.DƏRİNİZİ TƏMİZLƏYİN

Günlük qulluq üçün ilk olaraq dərinizi təmizləməklə işə başlayın. Quru dəriniz üçün sabun tərkibli olmayan və dəridə pilinq effekti yaratmayan məhsullara üstünlük verməlisiniz. Yüngül formulaya sahib Vitamin E Təmizləyici Krem   ilə dərinizi gündəlik çirklərdən təmizləyə bilərsiniz. Zərif və effektiv şəkildə təmizlik təmin edən məhsul, dərini yumşaldır və nəmləndirir. Losyonu zərif hərəkətlərlə üzünüzə və boynunuza tətbiq edə bilər, daha sonra pambıq və ya bez vasitəsilə dərinizi silə bilərsiniz.

Quru və həssas dərilər üçün digər bir təmizləyici məhsul isə Aloe Üz Təmizləmə Köpüyüdür. Gündəlik kiri və makiyaj qalıqlarını dəridən uzaqlaşdıran, yüngül və qoruyucu təsirə malik olan bu köpüyü üz və boyun nahiyəsinə masaj edərək tətbiq edə bilərsiniz.

2.TƏMİZLİYİN ƏN SON MƏRHƏLƏSİNDƏ TONİKDƏN İSTİFADƏ EDİN

Təmizliyin son addımında dərinizin dərinləməsinə təmizlənməsi və dəriyə qulluq məhsullarının təsirini artırmaq üçün tonik istifadə etməlisiniz. Tonik seçimində üstünlüyünüz spirt tərkibli olmayan və dəridə gərginlik hissi yaratmayan məhsullardan yana olmalıdır. Təmizlik prosesindən sonra dəridə qalan çirkləri effektiv şəkildə aradan qaldıran Vitamin E Nəmləndirici Tonik, dərini qurutmadan nəmləndirir və təravətləndirir. Məhsulu bir parça pambıq vasitəsilə üz və boyun nahiyənizə tətbiq edə bilərsiniz.

Həssas dərilər üçün digər bir tonik məhsulu isə Aloe Tonikdir. Dermatoloji testlərdən keçmiş olan spirtsiz formulaya sahib bu tonik, dərini makiyaj qalıqlarından təmizləyərək nəmləndiriciyə hazırlayır. Həssas dərilər üçün xüsusi formulaya malik olan və dərini yumşaldan bu məhsulu pambıq yardımı ilə zərifcə üzünüzə tətbiq edin və növbəti mərhələyə hazır olun.

3. İNTENSİV TƏSİRLİ NƏMLƏNDİRİCİLƏRLƏ TANIŞ OLUN

Quru dərilərin gündəlik qulluq rutininin ayrılmaz hissəsi, təbii ki, nəmləndiricilərdir. Həssas və quru dərilər üçün krem və ya gel formasında hazırlanmış məhsullar dəri tərəfindən asanlıqla sorulur. Dəri üzərində canlandırıcı və bərpaedici təsir göstərən Oils of Life İntensiv Canlandırıcı Krem mikro hissəcikləri sayəsində intensiv nəmləndirmə ilə yanaşı, daha parlaq və təravətli bir dəri görünüşü təmin edir. Çörəkotu, itburnu toxumu və kameliya toxumu yağından ibarət olan bu məhsulu dərinizə tətbiq edərək yaşlanma əlamətlərinin gözlə görünən dərəcədə azalmasına kömək edə bilərsiniz.

Xəfif və yumşaq teksturaya sahib olan və gündəlik nəmləndirmə rutininizdə istifadə edə biləcəyiniz digər bir seçim isə Vitamin E İntensiv Nəmləndirici Kremdir . Orqanik zeytun yağı, küncüt, jojoba və buğda toxumu yağı ilə dərinizə 24 saat nəmləndirmə təmin edən Vitamin E İntensiv Nəmləndirici Krem, dərinizdə ipək kimi bir yumşaqlıq hissi yaradır. Dərinin təbii nəmini bərpa etməsinə kömək edən bu məhsulu üz və boyun nahiyənizə kifayət qədər miqdarda tətbiq edə bilərsiniz.

Həssas və quru dərilər üçün nəmləndirici axtaranlar üçün ideal seçim olan Aloe Nəmləndirici Gündüz Kremi isə gündəlik nəmləndirmə ehtiyacınızı qarşılayan sakitləşdirici formulaya malikdir. Dərini qıcıqlandırıcı maddələrdən qoruyan bu məhsulu üz və boyun nahiyənizə kifayət qədər miqdarda tətbiq edərək dərinizin gün boyu yumşaq və təbii görünməsini təmin edə bilərsiniz.

4. DƏRİNİZİ YAĞ VƏ SEBUM İLƏ BƏSLƏYİN

Quru dərilər üçün yalnız nəmləndirici istifadə etmək çox zaman kifayət etmir. Dəri baryerini gücləndirən yağ və serumlarla dərinizə nəmləndirici terapiya edə bilərsiniz. Suyun təravətləndirici və yağın qidalandırıcı təsirini bir arada təqdim edən Oils Of Life İki Fazalı Losyon təmizlik mərhələsindən sonra dərinizə ehtiyac duyduğu nəmi və yumşaqlığı təmin edir. Çörəkotu, kameliya toxumu və itburnu toxumu yağları ilə zənginləşdirilmiş formulu sayəsində dərini anında canlandırır və daha hamar bir görünüş bəxş edir. Məhsulu ovuc içinizə və ya pambığa bir neçə damcı damladaraq təmiz dərinizə tətbiq edə bilərsiniz.

Quru dəriləri nəmləndirməyə, sakitləşdirməyə və yeniləməyə kömək edən 99% təbii tərkibli Oils of Life İntensiv Üz Yağı isə dərinin sağlam görünməsinə töhfə verir. Çörəkotu, itburnu və kameliya toxumu yağlarından ibarət olan məhsul, kadifə kimi yumşaq teksturaya malikdir və sürətlə hopur. Daha elastik, möhkəm və gənc görünən bir dəridən zövq almaq üçün təmizlik mərhələsindən sonra 1-2 damcı yağı barmaq uclarınıza sıxaraq üzünüzə və boynunuza tətbiq edə bilərsiniz.

5. GECƏ KREMLƏRİ İLƏ DƏRİNİZƏ NƏM DƏSTƏYİ VERİN

Gündəlik nəmləndirmə dəstəyini gecə də müxtəlif əlavə məhsullarla gücləndirərək günə daha parlaq və işıq saçan bir dəri ilə başlaya bilərsiniz. Yuxu zamanı dərini canlandıran, qidalandıran və nəmləndirən bir krem axtarırsınızsa, Oils of Life Gecə Kremi  tam sizə uyğundur. Kremi üz, boyun və dekolte nahiyənizə hər gecə masaj edərək tətbiq edin və gecə boyunca saxlayın. Səhər oyandığınızda daha elastik, canlanmış və dincəlmiş bir dəri görünüşünə qovuşduğunuzu görəcəksiniz.

Quru dərinizə gecə boyunca intensiv nəmləndirmə təmin etmək istəyirsinizsə, gecə serumlarından da istifadə edə bilərsiniz. Həm serum, həm də dəri yağı təsiri göstərən Vitamin E Gecə Serum-yağı səhər qidalanmış, yenilənmiş və rahatlamış bir dəri ilə oyanmanıza kömək edir. Moruq toxumu yağı, jojoba yağı, badam yağı və günəbaxan yağından ibarət xüsusi formulaya malik bu məhsul dərinizə 24 saat nəmləndirmə dəstəyi verərək onu yumşaldır. Üz və boyun nahiyənizə 2-3 damcı serum damladaraq masajla tətbiq edə bilərsiniz.

Gecə kremləri də quru dərilərin gecə boyunca nəmləndirmə balansını qorumasına kömək edir. Aloe Tərkibli Sakitləşdirici Gecə Kremi  dərinizə gecə boyunca zərif qulluq göstərərək onu nəmləndirir. Üz və boyun nahiyənizə masaj edərək tətbiq edəcəyiniz bu krem sayəsində səhər daha təravətli və canlı bir dəri görünüşü əldə edə bilərsiniz.

Hər biri təbii və xüsusi tərkiblərlə formullaşdırılmış həssas quru dəriyə qulluq məhsulları ilə siz də dərinizin təbii parlaqlığını geri qaytarmağa kömək edə və daha gənc görünən bir dəriyə sahib ola bilərsiniz. The Body Shop-un quru dərilər üçün gündəlik qulluq məhsulları ilə dərhal tanış olun və quru dəri problemlərinizdən xilas olaraq ipək kimi yumşaq bir dərinin həzzini yaşayın!