Eau de Toilette və Eau de Parfum Arasındakı Fərqlər Nələrdir?
Günümüzdə son dərəcə zəngin bir müxtəlifliyə sahib olan qadın ətirləri və kişi ətirləri, istifadə edən şəxs üçün adeta bir imza mahiyyəti daşıyır. Çiçəkli, ədviyyatlı, yaxud meyvəli… Seçimlər bu qədər çox olduğu halda imzanız halına gələn mükəmməl qoxunu tapmaq axtarışınız yorucu ola bilər və seçim etməkdə tərəddüd edə bilərsiniz. Ancaq ətir alış-verişi zamanı diqqət etməli olduğunuz məqamlar yalnız zövqünüzə və hisslərinizə xitab edən esansların seçimi ilə məhdudlaşmır. Doğru ətir seçimi üçün məhsulun esans intensivliyi haqqında da məlumat sahibi olmalısınız.EDT və ya EDPolaraq adlandırılan ətir intensivlik dərəcələrinə görə qoxu seçərək içində olduğunuz fəsilə, getdiyiniz məkana və ya tamamilə əhvalınıza uyğun seçim edə bilərsiniz. BəsEDT ətir ilə EDP ətir arasındakı fərq nədir?Bu yazımızda, ətir seçimi etməzdən əvvəl sizə ən uyğun qoxunu tapa bilməniz üçünEau de Toilette (EDT) və Eau de Parfum (EDP) arasındakı fərqləri izah etdik!İndi isəətir növlərində yer alan EDT və EDP fərqi haqqında bilməli olduğunuz detallarısizin üçün təqdim edirik...
EAU DE TOILETTE (EDT) NƏDİR?
Parfüm seçimi edən bir çox insan üçün “Eau de Toilette (Tualet suyu) nə deməkdir?” sualı maraq mövzusu olmuşdur. Tualet suyu (Eau de Toilette), yəni EDT, istehsalında 5% ilə 15% nisbətində uçucu yağ istifadə edilən parfüm növü olaraq təsvir edilə bilər. EDP ətirlərlə müqayisədə daha yüngül və qalma müddəti daha az olan bu qoxu növünü gündəlik həyatda və yay mövsümündə rahatlıqla istifadə edə bilərsiniz. Dəridə qalma müddəti 2 ilə 4 saat arasında olan EDT ətir növlərinin daha davamlı olması üçün məhsulu nəmləndirici tətbiq etdiyiniz bölgəyə vuraraq qoxunun qalıcılığını artıra bilərsiniz.
The Body Shop Voyage kolleksiyasının sehrli ətri Yapon albalı çiçəkli tualet suyu indi yeni adı və flakonu ilə Albalı çiçəyi tualet suyu olaraq qarşınızdadır; çiçək və hinoki ağacı qoxularının qarışımından ibarətdir. Yaponiyada adına festivallar təşkil edilən, ilhamverici gözəlliyə sahib albalı ağaclarından bahar mövsümündə təzə-təzə toplanan albalı çiçəkləri, bu qoxu qarışımına həyat verir. Tokioda romantik bir bahar günündən ilhamlanaraq hazırlanmış bu ətri boyun və nəbz bölgələrinizə vuraraq istifadə edə bilərsiniz.
Yasəmən çiçəyi ekstraktlarının ovsunlayıcı harmoniyasından ibarət olan Indian Night Jasmine Eau de Toilette, indi yeni adı və flakonu ilə Yabanı Yasəmənli tualet suyu olaraq qarşınızdadır. Sübh tezdən, gün doğmadan öncə əl ilə toplanan çiçəklərin təravətli qoxusunu bədəninizə daşıyır. Vətəni Hindistan olan yasəmən çiçəyi ilə həyat tapan bu möhtəşəm ətri boyun bölgənizə və nəbz nöqtələrinizə püskürdürərək gün boyu dərinizdəki təsirini hiss edə bilərsiniz.
Əgər EDT ətir axtarışındasınızsa, yenilənmiş formulu ilə Vanilli Tualet suyu ilə özünüzü əzizləyə bilərsiniz. The Vegan Society tərəfindən təsdiqlənmiş və 93% təbii tərkibə malik olan bu EDT ətir sizi və dərinizi vanilin sehrli qoxusu ilə bir araya gətirir. Ətri nəbz nöqtələrinə və boyun bölgəsinə az miqdarda püskürtməniz kifayətdir. 31% nisbətində geri dönüştürülmüş şüşədən hazırlanan flakonu sayəsində siz də planetimiz üçün şüurlu bir seçim etməyin rahatlığını yaşaya bilərsiniz.
EAU DE PARFUM (EDP) NƏDİR?
Eau de Parfum (Parfüm suyu), yəni EDP ətir, 10% ilə 30% arasında esans intensivliyinə malik olan ətir növlərini əhatə edir. Alkoqol və su nisbəti EDT ətirdən daha az olan EDP-lər, tərkibindəki aroma səviyyəsinin yüksək olması səbəbilə dəridə 4-5 saat qala bilir. EDT-lərlə müqayisədə daha intensiv qoxulara malik olan EDP ətirlərini adətən qış aylarında və gecə tədbirlərində istifadə edə bilərsiniz.
Heyvansal olmayan sintetik müşk ehtiva edən White Musk Eau de Parfum (Parfüm yağı), simvolik müşk qoxusu ilə ön plana çıxır. Yenilənmiş formulu sayəsində çiçək nqoxuları ilə son dərəcə qalıcı bir ətirdir. Əgər çiçək ətirlərini sevirsinizsə, White Musk Parfüm suyuna bir şans verə bilərsiniz. Ən yaxşı təsir üçün ətri boyun və nəbz bölgələrinə tətbiq edə bilərsiniz. Ətirdən dəridə daha uzunmüddətli qalıcı qoxu əldə etmək üçün eyni seriyaya aid bədən losyonu, bədən spreyi və duş geli məhsullarını da istifadə edə bilərsiniz.
Black Musk Eau de Parfum (Parfüm suyu) kolleksiyadakı ən dərin, ən qaranlıq və ən ehtiraslı müşk qoxularından biridir. Ədviyyatlı çəhrayı bibər, ylang-ylang, müşk və vanil ilə birləşən formulu gün boyu davam edən sehrli bir təsir yaradır. Qoxunu dərinizdə daha da dərinləşdirmək üçün kolleksiyanın digər məhsulları ilə birlikdə istifadə edə bilərsiniz. 42% geri dönüştürülmüş şüşədən hazırlanan flakonu ilə gələn bu ətri boyun və nəbz bölgələrinə istədiyiniz qədər püskürdərək uzunmüddətli qalıcılığın dadını çıxara bilərsiniz.
HANSI ƏTİR DAHA QALICIDIR? (EDT YOXSA EDP?)
Ətirlər ümumiyyətlə iki yerə ayrılır: Eau de Toilette (Tualet suyu) (EDT) və Eau de Parfum (Parfüm suyu) (EDP). Fransız mənşəli bu sözlər dilimizdə ümumiyyətlə ətir olaraq bilinsə də, keyfiyyətli və şüurlu bir seçim etmək üçün esans intensivliyinə görə ətir seçmək vacibdir. “EDP mi, yoxsa EDT mi daha qalıcıdır?” sualına cavab verdikdə, seçiminizi daha düzgün edə bilərsiniz. EDP və EDT arasındakı əsas fərq, qoxuların konsentrasiya səviyyələridir. EDP ətirlərdə esans miqdarı 30%-ə qədər yüksələ bilirsə, EDT-lərdə bu nisbət ən çox 15% ilə məhdudlaşır. Satın aldığınız hər ətirin üzərində məhsulun tərkib və intensivlik məlumatlarını tapa bilərsiniz. Əgər daha qalıcı bir ətir axtarırsınızsa, Eau de Parfum (parfüm suyu) məhsullarını seçə bilərsiniz. EDP ətirlər saf ətirə ən yaxın qoxu intensivliyinə sahib olduğu üçün ən qalıcı ətir seçimini etməyə imkan verir.
Artıq ətirlərin qalma müddətləri haqqında məlumat sahibi olduğunuza görə, seçim etmə vaxtıdır. Gecə tədbirləri üçün müşk qoxularından ibarət olan White Musk və ya ehtiraslı Black Musk, gündəlik həyat üçün isə təmiz ekstraktlardan ibarət olan Vanilla Eau de Toilette mükəmməl seçimlərdir. The Body Shop imzalı EDT və EDP ətirlər arasından favori məhsulunuzu dərhal seçə bilər və qoxunuzla iz buraxa bilərsiniz.