Çay Ağacının Dəriyə Faydaları
Son zamanlarda populyarlığı artan, gözəllik və sağlamlıq sahəsindəki müsbət təsirləri ilə tez-tez adı çəkilən təbii tərkiblərdən biri də çay ağacı yağıdır... Yerli xalq tərəfindən uzun illərdir istifadə edilən bu efir yağı çay ağacından əldə edilir. Lakin bu ağac bizim yaşıl və qara çay kimi dəmləyib zövqlə içdiyimiz çayın mənbəyi olan ağaclardan tamamilə fərqlidir.
Latınca adı Melaleuca alternifolia olan çay ağacı Hind dəfnəsi və ya tea tree kimi də tanınır. Mersingillər (Myrtaceae) ailəsinin bir üzvüdür. Təxminən 6-7 metr hündürlüyə çata bilər. Ağ və ya krem rəngli çiçəklərə, yumşaq teksturalı və qeyri-hamar yarpaqlara malik olan bu bitki Kvinslend, Yeni Cənubi Uels və Avstraliyaya məxsus endemik bir növdür. Bu bitkini bizim üçün xüsusi edən isə yarpaqlarından əldə edilən efir yağıdır.
Çay ağacının faydaları nələrdir?
Çay ağacının bizim gündəlik həyatda istehlak etdiyimiz çaylar kimi dəmlənərək və ya hər hansı bir şəkildə yeyilib içilməsi məsləhət görülmür. Bəs çay ağacı nə işə yarayır? Sirr bu bitkinin yarpaqlarından əldə edilən yağındadır. Çay ağacı yağı Aborigenlər tərəfindən yüz illərdir dərman kimi istifadə edilmişdir. Həmin dövrdə də ağız yolu ilə qəbul edilməmişdir. Əvvəlcə buxarının tənəffüs edilməsi ilə tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə olunmuş, zaman keçdikcə dərinin üzərinə çəkildikdə dəri problemlərinin müalicəsində də faydalı olduğu aşkarlanmışdır.
Bu yağı müasir dövrün ən yaxşı kosmetik və sağlamlıq məhsullarının tərkib hissəsinə çevirən çay ağacı yağının faydaları isə həqiqətən inanılmazdır:
Xəstəliklərə səbəb olan bəzi bakteriya və virusları öldürmə xüsusiyyətinə malikdir. Bu xüsusiyyəti ilə təbii dezinfeksiyaedici kimi çıxış edir.
Bəzi sinir pozucu həşəratları uzaq tutmaq qabiliyyətinə görə bir çox ağcaqanad əleyhinə krem və spreylərin tərkibində çay ağacı yağı istifadə olunur.
Tər qoxusunun qarşısını alır. Antibakterial xüsusiyyəti sayəsində bakteriyaları məhv edərək onu təbii qolaltı dezodorantına çevirir.
Kiçik cızıqlar və kəsiklər üçün antiseptik kimi istifadə edilə bilər.
Sızanaqlara qarşı ən güclü təbii tərkiblərdən biridir. Akne və sızanaqlar üçün istifadə edilən maskalar, kremlər və sabunların əksəriyyəti təsirini tərkibindəki çay ağacı yağından alır.
"Arxadakı sızanaqlar necə keçər?" sualına cavab axtarırsınızsa, çay ağacı yağından istifadə edənlər bunun bel sızanaqlarının müalicəsində mühüm rol oynayan möcüzəvi efir yağı olduğunu bilirlər.
İltihablı dərini sakitləşdirərək rahatladır.
Səpki, ekzema və ya kəpək kimi dəri problemlərinə qarşı təsirlidir.
Dırnaq və ayaq göbələklərinin müalicəsində istifadə olunur.
Diş çürümələrinə və ağız qoxusuna səbəb olan mikroblarla mübarizə aparır. Bəzi ağız yaxalayıcılarının tərkibində yer alır, eyni zamanda bir stəkan ilıq suya bir damcı damızdırılaraq udmadan qarqara edilə bilər.
Sızanaqlarla Mübarizənin Sirri: Çay Ağacı Seriyası
İnanılmaz faydalarına baxmayaraq, çay ağacı təkbaşına istifadə edildikdə əksər hallarda bir möcüzə yaratmır. Hətta bəzi hallarda dəri reaksiyalarına da səbəb ola bilər. Adətən, uğurlu formulalarla birlikdə istifadə edildikdə təsirini ən yaxşı şəkildə göstərir. THE BODY SHOP məhz bu səbəbdən çay ağacı yağı tərkibli Çay Ağacı Seriyasını hazırladı.
Bu, çay ağacı yağının antiseptik və təmizləyici xüsusiyyətlərini ön plana çıxaran bir seriyadır. Buna görə də seriyamızın çay ağacı, Kenya Dağı ətəklərindən əldə edilən bütün məhsulları; yağlı, ləkəli, sızanaqlı və akneli dərilərin baxımını təmin edəcək təsirli formulalardan ibarətdir. Sızanaqlar üçün maska və üz serumu, aknelərə qarşı hazırlanmış şampun və saç kremindən ibarət geniş məhsul çeşidi ilə yağlı dəriyə ən yaxşı baxımı uğurla təmin edir.
Çay ağacı ilə günlük baxım rutinini necə yaratmaq olar?
Yağlı, sızanaqlı və akneli dərinin baxımı və nəmləndirmə balansının qorunması digər dəri tipləri ilə müqayisədə bir qədər daha çətindir. Ən çətin hissə isə ən doğru məhsulu tapmaqdır. Daha sonra etməli olduğunuz şey isə əlbəttə ki, müntəzəm dəri baxımıdır.
O halda, sağlam və parlaq bir dəri üçün səhərdən axşama qədər mükəmməl bir günlük baxım rutini yaradın. Necə?
Addım 1- Günə dərinizi təmizləyərək başlayın
Sizin kimi dərinizin də günə enerjili başlaması vacibdir. Buna görə də təkcə axşam yox, səhər rutini də təmizləmə ilə başlamalıdır. Aşağıdakı tövsiyələrə nəzər salaraq sağlam dəriyə sahib ola bilərsiniz.
Üzü təmizləmək üçün
Makiyaj qalıqlarını təmizləyərkən dərini parıldatmadan ləkələrin görünüşünü azaltmaq üçün Çay Ağacı Üz Yuma Geli, ardından isə Çay Ağacı Üz Toniki istifadə edin. Sızanaqlarla mübarizə apararkən dərinizin dərinləşdirilmiş təmizliyini təmin etmək üçün isə Çay Ağacı Üz Pilinqiən yaxşı baxım tövsiyələrindən biridir.
Bədəndəki sızanaqlar üçün
Müntəzəm istifadə edildikdə sızanağa meyilli dəridə ləkələrin görünüşünü azaldan Çay Ağacı Duş Geli Bel sızanaqları və aknenin səbəb olduğu dəri problemləri ilə mübarizəni günlük rutininizə daxil edən mükəmməl bir məhsuldur.
Yağlı saçlar və saç dərisi üçün
THE BODY SHOP, %93 təbii tərkibli Çay Ağacı Təmizləyici və Tarazlayıcı Gel Şampunu ilə saçlarınızı yağdan və kirdən təmizləyərkən, Çay Ağacı Saç Kremi isə nəmini itirmədən saç dərisindəki artıq yağı balanslaşdırır.
Addım 2- Dərinizin nəm balansını qoruyun
Dəriniz yağlı ola bilər. Ancaq bu, onun nəmə ehtiyacı olmadığı demək deyil. Yağlı dəriyə qulluq edərkən diqqət edilməli olan ən vacib məqamlardan biri də dərini həddindən artıq qurutmamaqdır. Dərini parıldatmadan, təbii matlıqla sağlam bir görünüş əldə edərkən dəriyə lazım olan nəm balansını qorumaq mümkündür. Çay Ağacı Nəmləndiricisi ləkəli dəri görünüşünü yaxşılaşdırarkən dərini ehtiyacı olan nəmlə təmin edir.
Addım 3- Ləkələri örtərək hamar və sağlam bir görünüş əldə edin
Dərinizi təmizlədikdən sonra sağlam və hamar bir dəri görünüşü əldə etməyin özünəinamı artıraraq uğura fokuslanmağa kömək etdiyini bilirdinizmi? Saniyələr içində təbii və qüsursuz bir dəri görünümünə sahib olmaq o qədər də çətin deyil.
Hamar dəriyə sahib olmağın möcüzəvi sirrini kəşf etmək üçün Çay Ağacı Hamısı Bir Yerdə Stick ilə tanış olun və çay ağacı yağı tərkibli Matte Clay Qapadıcı ilə tamamlayın.
Tərkibində Nələr Var?
Təmizləyici gücləri ilə məşhur olan Keniyadan Çay ağacı yağı
Dərin nəmləndirmə xüsusiyyəti ilə tanınan Hyaluronik turşu
Sıxlaşdırıcı xüsusiyyəti ilə bilinən ağ söyüd qabığı və mərcimək özü
Şimali Amerikada yetişən, həmişəyaşıl bir ağac növü olan Wintergreen bitkisindən təbii olaraq əldə edilən və yağlı dərilərin xilaskarı olan salisilik turşu
Çoxfunksiyalı bu stick çay ağacı baxım rutininizin bir hissəsi kimi həm makiyaj bazası, həm də dərinin balansını qorumağa kömək edən bir dəstəkçi kimi istifadə edilə bilər.
Addım 4- Dərinizi günün torğunluğundan və kirindən təmizləyin
Günün sonunda nəhayət evə çatdıqda Çay Ağacı Üz Təmizləmə Geli, Şampun, Pilinq və digər məhsullarla səhər olduğu kimi dərini təmizləmə prosesini həyata keçirə bilərsiniz.
Addım 5- Gecə baxımı elə dərinizin layiq olduğu baxımı tammalayın
Sızanaqlar üçün maska axtarırsınız və ya evdə sızanaq maskası hazırlamaq üçün fərqli formulalar sınamaq istəyirsiniz? Xüsusilə yağlı və ləkəli dəri üçün hazırlanmış formulu ilə siz yatarkən dərinizə qulluq etməyə davam edən Çay Ağacı Seriyamız ilə tanış olun. Gecə boyunca dəridəki artıq yağı aradan qaldırarkən eyni zamanda nəmləndirən Çay Ağacı Akne Ləkələrinə Qarşı Gecə Losyonu və Çay Ağacı Gecə Maskasıilə yenilənmiş, mat və canlı bir dəriyə sahib olun!
Yağlı və sızanaqlı dərilər üçün çay ağacı yağı ilə xüsusi olaraq hazırlanmış məhsullarımızla dərhal tanış olun. Aynaya baxdığınızda üzünüzdəki sağlam parıltı və qüsursuz görünüş sizi həqiqətən xoşbəxt edəcək!