Bədən Losyonu Seçərkən Nələrə Diqqət Etmək Lazımdır?

Bədən losyonları dərinin nəm balansını qorumaq, yumşaqlığını artırmaq və gün ərzində bədəni rahat hiss etdirmək üçün gündəlik dəriyə qulluq rutinində vacib yer tutur. Ancaq doğru nəticə əldə etmək üçün hər hansı bir losyonu deyil, dəriyə və ehtiyaclara uyğun olanı seçmək lazımdır. Yanlış seçilmiş məhsul dəridə qıcıqlanma, quruluq və ya yağlılıq kimi problemlərə səbəb ola bilər. Buna görə losyon alarkən yalnız markaya və ətirə görə deyil, tərkibə, teksturaya və mövsümi uyğunsuzluqlara da diqqət etmək önəmlidir. 

Bədən Losyonu Seçərkən Nələrə Diqqət Etmək Lazımdır?

Dərinin tipinə uyğun losyon seçimi necə olmalıdır?

Dərinin tipi bədən losyonu seçimində ilk və ən önəmli amildir. Quru dəriyə sahib olan şəxslər üçün dərin nəmləndirici, qidalandırıcı və yağ əsaslı losyonlar tövsiyə edilir. Belə losyonların tərkibində tez-tez Şi yağı, kakao yağı, qliserin və hialuron turşusu kimi nəm saxlayan komponentlər olur. Yağlı dəriyə malik olanlar isə daha yüngül, su əsaslı və tez hopan losyonlara üstünlük verməlidir, çünki ağır formulalar məsamələrin tıxanmasına səbəb ola bilər. Həssas dəri üçün isə ətirsiz, hipoallergen və təbii tərkibli məhsullar seçilməlidir. Qarışıq dəri üçün zonalara uyğun fərqli məhsullar istifadə etmək də effektiv nəticə verir. Dərinin tipi nəzərə alınmadan seçilən losyon fayda vermək əvəzinə, problemlərə səbəb ola bilər. Bu səbəbdən alışdan əvvəl dəri tipinizi müəyyənləşdirmək və ona uyğun formulalı losyonlara yönəlmək ən sağlam yanaşmadır.

Mövsümə və iqlimə uyğun seçim necə olmalıdır?

Dərinin ehtiyacları yalnız tipə görə deyil, iqlim və mövsüm dəyişikliyinə görə də fərqlənir. Soyuq havalarda dəri daha çox qurumağa meyilli olur, buna görə qalın teksturalı və qoruyucu losyonlara ehtiyac artır. İsti aylarda isə dəri daha tez tər ifraz edir və yağlanır, bu halda yüngül və nəfəs alan formulalara üstünlük verilməlidir.Mövsümə uyğun olmayan məhsul istifadə etmək dəridə narahatlıq, yapışqan hissi yarada  və hətta sızanaqlara səbəb ola bilər. Hər mövsümə uyğun dəriyə qulluq rutini yaratmaq dərinin sağlam və parlaq qalmasına yardım edir.

Qış aylarında daha qalın və qoruyucu losyonlar

Soyuq hava şəraiti dəridəki nəm səviyyəsini azaldaraq quruluğa, çatlamalara və gərginliyə səbəb olur. Bu dövrdə istifadə edilən bədən losyonları qalın və yağ əsaslı olmalı, dərini xarici təsirlərdən qorumağa kömək etməlidir. Qış losyonlarında Şi yağı, kakao yağı və seramidlərlə zəngin maddələrə rast gəlmək olur. Bu tərkiblər dəridə qoruyucu təbəqə yaradaraq nəmin uzun müddət dəridə qalmasını təmin edir. Qışda The Body Shop-dan Şi yağı tərkibli bədən losyonu sizin yardımınıza çata bilər. Qış üçün nəzərdə tutulmuş losyonlar tez-tez qoruyucu və qidalandırıcı olaraq etiketlənir və gecə istifadə üçün də uyğundur. Üstəlik, bu dövrdə isti duşa meyillilik dərini daha da quruda bildiyi üçün losyon istifadəsi vərdişə çevrilməlidir. Əllər, dirsəklər və dizlər kimi çatlamaya meyilli nahiyələrə xüsusi diqqət göstərilməlidir. Qış aylarında doğru losyon istifadə etməklə dəridəki narahatlıq və qızartıların qarşısı alınır. Beləliklə, dərinin elastikliyi və yumşaqlığı qorunmuş olur.

Dərinin tipinə uyğun losyon seçimi necə olmalıdır?

Şi yağı tərkibli bədən losyonu

Yay aylarında yüngül, sərinləşdirici tərkibli losyonlar

Yay aylarında dəridə tər ifrazı artır və məsamələr daha geniş olur, buna görə də yüngül quruluşlu, tez sorulan və sərinlik verən losyonlardan istifadə etmək daha uyğun sayılır.  Bu tip məhsullar dərini ağırlıq hissi yaratmadan nəmləndirir və təravətli bir effekt yaradır. Tərkibində aloe vera, nanə, xiyar ekstraktı olan losyonlar yay üçün ideal sayılır. UV şüalarına məruz qalma ehtimalı artdığı üçün antioksidant tərkibli və C vitamini ilə zəngin məhsullar da yay aylarında dəriyə dəstək verir. Dəriyə təmiz və nəfəs alan hiss bəxş edən losyonlar həm estetik, həm də sağlamlıq baxımından rahatlıq yaradır. Həmçinin bu aylarda duşdan dərhal sonra istifadə edilən losyonlar dərinin susuz qalmasının qarşısını alır. Yüngül losyonların üstünlüyü onların çox tez hopması və tərləmə ilə qarışmamasıdır. Yay mövsümü üçün The Body Shop-dan morinqa losyonu yüngül və təravətli quruluşu ilə ən uyğun seçimdir. Belə məhsullar istər gündəlik, istərsə də açıq hava fəaliyyətlərindən sonra istifadə üçün uyğundur. Yay aylarında düzgün seçilmiş losyon sayəsində dəri parlaq, sağlam və təravətli görünür.

Yay aylarında yüngül, sərinləşdirici tərkibli losyonlar

Morinqa bədən losyonu

Bədən losyonunun qoxusu və teksturası niyə önəmlidir?

Bədən losyonu sadəcə dəriyə qulluq vasitəsi olmaqla kifayətlənmir, onun qoxusu və dəridə buraxdığı hiss də istifadəçinin ümumi təcrübəsinə güclü təsir göstərir. İstifadə etdiyimiz məhsulun qoxusu gün ərzində əhvalımıza, enerjimizə və hətta sosial təsirimizə müsbət və ya mənfi təsir edə bilər. Təbii ətirli, yüngül və neytral qoxular iş və ictimai yerlərdə daha uyğun qəbul edilir. Daha qalıcı və aromatik qoxular isə xüsusi günlər və gecələr üçün idealdır. Tekstura baxımından ağır və yapışqan formulalar isti havalarda narahatlıq yarada bilər, yüngül, losyon-gel arası strukturlar isə daha praktikdir. Həmçinin, məhsulun dəridə sürüşmə qabiliyyəti və tez hopması da önəmlidir. Bəzi insanlar qoxulu losyonlara qarşı allergik reaksiyalar göstərə bildiyindən, qoxusuz və hipoallergen seçimlər də bazarda geniş yer tutur. Nəticə olaraq, istifadəçinin gündəlik ehtiyacları və şəxsi zövqü məhsul seçimində önəmli rol oynayır. Həm tekstura, həm də qoxu baxımından zövqünüzə uyğun seçilmiş bir losyon, yalnız dərinizə deyil, eyni zamanda gündəlik əhvalınıza da müsbət təsir göstərəcək.

Bədən losyonunun tərkibindəki aktiv maddələrin rolu nədir?

Bədən losyonlarının tərkibində yer alan aktiv maddələr məhsulun effektivliyini və dəriyə təsir gücünü müəyyən edir. Məsələn hialuron turşusu dərinin dərin qatlarına qədər nəmləndirərək dolğunluq hissi yaradır. Vitamin E və antioksidantlar dərini sərbəst radikallardan qoruyaraq erkən qocalma əlamətlərinin qarşısını alır. Panthenol (B5 vitamini) dərini sakitləşdirir və regenerasiya prosesini sürətləndirir. Qliserin isə nəm saxlayan ən əsas komponentlərdən biridir və çoxsaylı losyon tərkibində yer alır. Bəzi məhsullarda retinol, niacinamide, kollagen və bitki ekstraktları kimi əlavə gücləndiricilər də istifadə olunur. Bu maddələrin hər biri spesifik dəri problemlərinin həllinə xidmət edir. Məsələn selülit əleyhinə losyonlarda kofein tərkibli aktivlər üstünlük təşkil edir. Bu səbəbdən məhsul seçərkən təkcə nəmləndirici deyil, funksional ehtiyaclara cavab verən tərkiblərə diqqət yetirilməlidir. Aktiv maddələri düzgün seçmək losyondan maksimum fayda əldə etməyin əsas yoludur.